- info@esdgoals.com
- +99470 252 08 80
“ESDGoals” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) olaraq işçilərimiz, müştərilərimiz, podratçı şirkətlərin işçiləri və ictimaiyyət üzvləri üçün sağlam ətraf mühitin təmini qarşımıza qoyulmuş əsas məqsəddir. Cəmiyyət olaraq, hərhansı işləri həyata keçirərkən, bu işlərin həyata keçirildiyi ərazidə və yaxud həmin ərazinin ətrafında, eləcə də bu işlərin həyata keçirildiyi hər bir yerdə ətraf mühitin qorunması üçün məsuliyyət daşıdığımızı dərk edirik.
Biz təlim və məsləhət xidməti üzrə fəaliyyətlərimizi təkcə ətraf mühitin qorunması üçün Azərbaycan Respublikasının qanunvericilik tələblərini (“Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında”, “Ətraf Mühitin Mühafizəsi haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında” və s. Qanunların) habelə tərəfdar çıxdığı hüquqi-normativ sənədlərə və beynəlxalq ətraf mühitin idarəedilməsi standartının (ISO 14001:2015 standartı) tələblərinə uyğun olaraq deyil, həm də mənəvi məsuliyyət olaraq ətraf mühitə hər hansı bir zərər vurmadan həyata keçirməyə çalışırıq.
Rəhbərlik və işçilər ekoloji qanunvericiliyə məcburi uyğunluğu təmin etmək məqsədi ilə mövcud iş metodları və avadanlıqların daima təkmilləşdirilməli olduğunu anlayırlar.
Cəmiyyət öz fəaliyyətini həyata keçirərkən ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün bütün məişət və istehsalat tullantılarının düzgün şəkildə qeydiyyatının aparılmasını, xaric edilməsini və daşınmasını “Tullantıların idarə olunması” sənədində göstərilmiş üsullar çərçivəsində həyata keçirir.
Davamlı təkmilləşdirməni həyata keçirmək məqsədi ilə, Cəmiyyətin Rəhbərliyi hər il Siyasəti analiz edilməsi üçün müvafiq göstəriş verilməsini təmin etməlidir.
Bu Siyasət Cəmiyyətdə çalışan bütün işçilərə çatdırılmış, mahiyyəti başa salınmışdır və hər kəs tərəfindən əldə oluna bilər. Hər il daha böyük nailiyyət və uğurların əldə olunması üçün müzakirə ediləcəkdir.
ESDGoals-a xoş gəlmişsiniz!
Hansı xidmət ilə maraqlanırsınız?
WhatsApp Us
🟢 Aktiv
Təlimə yazılmaq istəyirsiniz?