- info@esdgoals.com
- +99470 252 08 80
“ESDGoals” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) olaraq işçilərimiz, müştərilərimiz, podratçı şirkətlərin işçiləri və ictimaiyyət üzvləri üçün sağlam və təhlükəsiz iş yeri təmin etmək qarşımıza qoyulmuş əsas məqsəddir. Biz işlərimizi yerinə yetirərkən, bütün Azərbaycan Respublikasının qanunvericilik tələblərini habelə tərəfdar çıxdığı hüquqi-normativ sənədləri və beynəlxalq əməyin mühafizəsi və sağlamlığının idarəedilməsi standartının (İSO 45001:2018) tələblərini nəzərə alırıq.
Cəmiyyət iş mühitinin və avadanlıqların sağlam və təhlükəsiz şərtlər altında olmasını, Əməyin mühafizəsi və sağlamlığı prosedurlarında işçilərin maarifləndirilməsi və təlim almalarını və bütün əməkdaşların Əməyin mühafizəsi və sağlamlığı üçün tələb olunan məsuliyyəti və səlahiyyəti əldə etmək üçün bütün zəruri dəstəyi və köməyi almalarını təmin edilməlidir.
Cəmiyyət bilməlidir ki, təhlükələr fiziki, kimyəvi, bioloji, erqonomik və psixososyal risklərə səbəb ola bilər. Belə təhlükələr istehsalat mühitindən, avadanlıqlardan və bunların işçilərə olan təsirindən yarana bilər. Rəhbərlik və bütün əməkdaşlar sistemli şəkildə təhlükələrin müəyyən edilməsini və risklərin idarə olunması proseslərini həyata keçirməlidirlər. Onlar həmçinin, Əməyin mühafizəsi və sağlamlığını yoxlamalar, sınaqlar və audit prosedurları vasitəsilə də yoxlamalıdırlar.
Əməyin mühafizəsi və sağlamlığı iş yerində həm fərdi, həm də ümumi məsuliyyətdir. Hər bir işçi iş yerində həm özünün şəxsi, həm də təmasda olduğu digər işçilərin sağlamlığının qayğısına qalmalıdır. İşçilər Cəmiyyətin Siyasət və Prosedurlarına uyğun hərəkət etməlidirlər. Cəmiyyəti təşkil edən strukturların, Əməyin mühafizəsi və sağlamlığı fəaliyyətinə laqeyd yanaşması arzuolunmaz haldır. Buna görə də işçilərdən öz iş yerlərində Əməyin mühafizəsi və sağlamlığı məsələlərinə ciddi yanaşmaları tələb edilməlidir.
İşçilər iş yerlərində əməyin mühafizəsi və sağlamlığı tədbirlərini təyin olunmuş məsul şəxs vasitəsilə və ya onunla informasiya mübadiləsi edərək və ya bilavasitə özü bu proseslərdə iştirak edərək dəstəkləməlidir. Davamlı təkmilləşdirməni həyata keçirmək məqsədi ilə, Cəmiyyətin Rəhbərliyi hər il Siyasəti analiz edilməsi üçün müvafiq göstəriş verilməsini təmin etməlidir.
Əməyin mühafizəsi və sağlamlığı üzrə rəhbərlik AZS İSO 45001:2020 “Əməyin mühafizəsi və sağlamlığı idarəetmə” standartının tələblərini təmin etmək məqsədi ilə Əməyin mühafizəsi və sağlamlığının idarə olunmasının təlimatının müddəalarını idarə etmək, inkişaf etdirmək və tətbiq olunmanı müşahidə etmək məsələlərinə görə məsuliyyət daşıyırlar.
Bu Siyasət Cəmiyyətdə çalışan bütün işçilərə çatdırılmış, mahiyyəti başa salınmışdır və hər kəs tərəfindən əldə oluna bilər. Hər il daha böyük nailiyyət və uğurların əldə olunması üçün müzakirə ediləcəkdir.
ESDGoals-a xoş gəlmişsiniz!
Hansı xidmət ilə maraqlanırsınız?
WhatsApp Us
🟢 Aktiv
Təlimə yazılmaq istəyirsiniz?