ESDGoals

Keyfiyyət siyasəti

“ESDGoals” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) şəxsi inkişaf, biznesin inkişafı və ekoloji və sosial təhlükəsizlik sahələrində təlim, Dayanıqlı İnkişaf Məqsədləri üzrə isə təlim və məsləhət xidməti göstərir.

Cəmiyyət olaraq, müştərilərə xidmətin, iş yerinin təşkilinin, təlim və məsləhət işlərinin keyfiyyət standartlarına uyğun aparılması qarşımıza qoyulmuş əsas məqsəddir. Bu işləri yerinə yetirərkən Cəmiyyət, Azərbaycan Respublikasının qanunvericilik tələblərini habelə tərəfdar çıxdığı hüquqi-normativ sənədləri və beynəlxalq keyfiyyətin idarəedilməsi standartının (ISO 9001:2015 standartı) tələblərini nəzərə alır.
Cəmiyyət müştərilərin tələblərinə cavab verən və onların gözləntilərini təqdim edə bilən xidmətlər göstərmək və göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin davamlı təkminləşməsini və səmərəliliyini əldə etmək üçün bütün səylərini yönəldir. Müştəri məmnuniyətini əldə etmək bizim əsas məqsədimizdir, eləcə də Azərbaycan Respublikasının bütün qanunvericiliyinə əməl etmək, işçilərimizin rifahı naminə çalışmaq da yürütdüyümüz Siyasətin əsas qoludur.
Müştərilərin məmnun qalması və Şirkətin müsbət reputasiya qazanması iş fəlsəfəsinin başlıca şərtlərindən biridir.
Davamlı təkmilləşdirməni həyata keçirmək məqsədi ilə, Cəmiyyətin Rəhbərliyi hər il Siyasəti analiz edilməsi üçün müvafiq göstəriş verilməsini təmin etməlidir.
Fəaliyyətin təkminləşdirilməsi istiqamətində planlar və hədəflər Rəhbərliyin yenidən baxış dövrü olaraq müəyyən edilir və yenidən baxılır. Prosesin əsas aspektlərinə aşağıdakılar daxildir:
– Hədəflərin, kefiyyət siyasətinə və qurulmuş prosedurlara uyğun olaraq ölçüləbilən olması;
– Hədəflərin uyğun işçilərə çatdırılması.

Cəmiyyət olaraq, biz hədəflərin müəyyənləşdirilməsi, proseslərin planlanması, prosesi həyata keçirtmək üçün lazım olan resursların və məlumatların təmin edilməsi, prosesin effektivliyi və səmərəliliyini qiymətləndirmək üçün lazım olan uyğun tədbirlərin monitorinqi və istənən nəticələri əldə etmək üçün lazım olan tədbirlərin müəyyənləşdirilməsi və ya tətbiqi vasitəsilə Keyfiyyət İdarəetmə Sisteminin davamlı inkişafının təmini üçün lazımi prosesləri idarə edir və planlayırıq.
Bu Siyasət Cəmiyyətdə çalışan bütün işçilərə çatdırılmış, mahiyyəti başa salınmışdır və hər kəs tərəfindən əldə oluna bilər. Hər il daha böyük nailiyyət və uğurların əldə olunması üçün müzakirə ediləcəkdir.